ala-başına, kül-başına (necə gəldi etmək)

to do smth. half-heartedly (anyhow) / in a slipshod manner (way) / to do smth. carelessly / all done at one blow / to do smth. by halves / Cf. let things slide / let things go hang (to do smth. negligently) тяп-ляп / через пень колоду / с пятого на десятое / спустя рукава (делать что-либо плохо, беспорядочно, небрежно, кое-как, наспех)
al-ver ölüb
ala düşmək
OBASTAN VİKİ
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs. Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır. Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib. Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Gəldi Kosa (1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi. Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir. 2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.
Zamanı necə yeyək?
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Bilgə Kül Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Qutluq Bilgə Kül xaqan
Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir. Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi. Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.
Dünən qəfildən gəldi... (2009)
Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.